Göygöldə yeniyetmə toydan çıxan şəxsi bıçaqladı

Kriminal

Göygöl rayonunda toydan sonra bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü İlqar Bayramovun 5 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib.

Belə ki, şənlikdən sonra toy edən adamların evində qurban kəsilib. 

Bu zaman evdəki qonaqlar – İ.Bayramov və yetkinlik yaşına çatmayan Q.Əliyev bir-birini təhqir ediblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, oktyabr ayının 30-da Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan Q.Əliyev saxlanılıb. Hazırda istintaq davam etdirilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir