Tovuzda qadın öldürüldü: Kirayənişinləri tutuldular

Kriminal


Tovuzda qadının ölümü ilə bağlı iki nəfər tutulub.

Bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat yayıb.

Bildirilib ki, Tovuz şəhər sakini 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın kirayə yaşadığı evdə arasında yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta materialdan olan əşya ilə vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir