Astarada 77 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Z.Məmmədova tibb bacısı olub.
www.102info.az