Flora Kərimova: “Bunu utana-utana deyirəm…”

Mədəniyyət

“Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bir-iki ildir anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir”.
Bu sözləri Xalq artisti Flora Kərimova “Kinomən” proqramında deyib. Sənəti ilə bağlı suallara bu cür cavab verən müğənni tərifi sevmədiyini söyləyib:
“Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki… Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışında, görünüşündə, danışığında, oxumağında…
Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm”. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir