Bolqarıstanlı məşhur aktrisa evində qəddarlıqla öldürülüb – FOTO

Mədəniyyət

Tanınmış aktrisa Violeta Doneva Bolqarıstanın paytaxtında mənzilində qətlə yetirilib.

Bildirilir ki, 79 yaşlı aktrisadan bir neçə gün xəbər ala bilməyən yaxınları polisə şikayət ediblər. Bundan sonra onun Sofiya şəhərindəki evinə baxış keçirən hüquq mühafizəçiləri qadının meyitini tapıblar.

Onun bədənində zorakı ölüm əlamətləri aşkarlanıb.

Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.

Qeyd edək ki, Doneva əsasən “Sevgi” filmindəki rolundan sonra məşhurlaşıb. Bu film ona 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını qazandırıb.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir