“Bəhram Bağırzadənin səhhəti yenə də eynidir”.
Bunu açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
“Təəssüf ki, səhhətində heç bir yaxşılaşma yoxdur, vəziyyəti stabildir, eynən ağır olaraq qalır” – deyə o, qeyd edib.
Xatırladaq ki, Əməkdar artist B. Bağırzadə koronavirusa yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir.
