Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır – FOTO

Mədəniyyət

Xalq artisti Aftandil İsrafilovun səhhətində problemlər yaranıb.

Bu barədə Hacı Nuran öz “Instagram” hesabında paylaşım edib.

Bildirilib ki, ötən gün vəziyyəti ağırlaşan sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, həkimlər Xalq artistinin vəziyyətini ağır qiymətləndirirlər:

“Sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adamdır. Amma dünya halıdır. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Allah köməyi olsun. Bizim dost itirən vaxtımız deyil!”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir