Yusif Eyvazov: “Əminəm ki, birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq” – FOTO

Mədəniyyət


Azərbaycanın Xalq artisti, dünyaca məşhur opera müğənnisi Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunması ilə bağlı öz “Instagram” səhifəsində paylaşım edib.

“Əziz dostlar, çoxunuza məlum olduğu kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rəhbərlik mənə həvalə olunub.

Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Mən tam əminəm ki, biz hamımız birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik.

Mənə dəstək olan və mənə inanan hər kəsə təşəkkür edirəm.

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə dəstək verir, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda həyata keçirilən çox sanballı layihələrə dəstək olurlar.

Əminəm ki, biz birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq”, – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktoru qeyd edib.

Xatırladaq ki, aprelin 7-də Azərbaycanın Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib.

Müvafiq əmri mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli imzalayıb.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir