“Əhməd haradadır?” filmi Azərbaycan Kinosu Günündə açıq havada nümayiş olunub (FOTO)

Mədəniyyət

Bakı. Trend:

Azərbaycan Kinosu Günü münasibətilə avqustun 2-də Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhməd
haradadır?” filmi açıq havada nümayiş etdirilib.

Trend xəbər verir
ki, tədbir Dənizkənarı Bulvar İdarəsi və “Azərbaycanfilm”
kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və
Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə baş
tutub.

Nümayiş zamanı “Azərbaycanfilm”in geyim, rekvizit, çəkiliş və
texniki avadanlıqlarından ibarət sərgi də tamaşaçılara təqdim
olunub və böyük maraqla qarşılanıb.




Filmi yüzlərlə tamaşaçı izləyib.

Layihənin əsas məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda
maarifləndirilməsi, eləcə də Azərbaycan kinosunun təbliğinə töhfə
verməkdir.