Uill Smitin evində “hörümçək ovu əməliyyatı” – VİDEO

Mədəniyyət

Hollivud ulduzu Uill Smit “Oskar” qalmaqalından sonra sosial şəbəkədə ilk paylaşımını edib. Belə ki, o, evində həyata keçirdiyi “hörümçək ovu əməliyyatı”nın videosunu özünün “Instagram” hesabında yerləşdirib.

Kadrlarda 53 yaşlı amerikalı aktyorun iri tarantuldan qorxaraq divana çıxdığı görünür. O, böyük oğlu Treyə həşəratın tutulmasını həvalə edir və “cəsarətləndirdiyi” eşidilir.

“Lənətə gəlsin… Bu, nəhəng hörümçəkdir! Gəl görək, sən gənc və güclüsən, sancmasının öhdəsindən gələ bilərsən”, – deyə Uill Smit oğluna səslənir.

Görüntülərdə bundan sonra aktyorun oğlunun hörümçəyi tutduğu görünür.

“Bu, həyatımızda gördüyümüz ən böyük hörümçəkdir”, – deyə Trey bildirir.

Uill Smit isə bu məsələnin onun heç xoşuna gəlmədiyini, evi satmalı olacağını deyir.

Evdə nəhəng tarantulun gəzməsinə Uill Smitin həyat yoldaşı Cada Pinkett Smit də laqeyd qalmayıb və: “Artıq bu ONUN evidir”, – deyə paylaşıma şərh yazıb.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Hollivud ulduzu “Oskar-2022”də yaşanan qalmaqaldan sonra böyük kinoya qayıdır. Belə ki, aktyor tezliklə öz bioqrafik filmi ilə ekranlarda görünəcək. Çəkilişləri “Netflix” striminq xidməti öz üzərinə götürmək istəyir.

Xatırladaq ki, ABŞ-da keçirilən 94-cü “Oskar” mükafatlandırma mərasimində “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədlərin adları açıqlandığı vaxt qalmaqal yaşanıb. Belə ki, aparıcı Kris Rokun çıxışı zamanı Uill Smitin həyat yoldaşının qısa saçı ilə bağlı zarafatına aktyor şillə ilə cavab verib. Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoyub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir