Səfər zamanı təyyarədə doğulan körpə hansı ölkənin vətəndaşı sayılır? – MARAQLI…

Maraqlı

Uzaq məsafələri qət etmək baxımından ən əlverişli və rahat nəqliyyat vasitəsi təyyarədir. Təyyarələr böyük sürətlə hərəkətetmə və çox sayda sərnişin daşıma xüsusiyyətinə malikdir. Sosial statusundan asılı olmayaraq hər kəs uzaq məsafələrə məhz təyyarə ilə getməyi üstün tutur. Beynəlxalq konvensiyalarla tənzimlənən uçuş marşrutları  ölkələrin hava məkanı üzərindən həyata keçirilir. Bu baxımdan maraqlı bir sual doğur: Görəsən hansısa bir hamilə qadın təyyarədə, uçuş zamanı körpə dünyaya gətirərsə, doğulan uşaq hansı ölkənin vətəndaşı hesab olunur? Valideynin vətəni əsas götürülür, yoxsa doğuş zamanı üzərindən uçduğu ölkənin vətəndaşlığı qəbul olunur? Bu məsələyə təkcə təyyarəni yox, beynəlxalq miqyasda hərəkət edən qatar və gəmi nəqliyyatını da aid etmək olar. Bakı Dövlət Universitetinin hüquq fakultəsinin dosenti Rahim Məmmədov Moderator.az-a bildirib ki, sözügedən məsələ ilə bağlı 2 yanaşma mövcüddur. 

“Azərbaycan Respublikasına mənsub olan təyyarədə Azərbaycan respublikası vətəndaşı doğulursa bizim qanunun tələblərinə görə həmin şəxs Azərbaycan vətəndaşlığını alır. O ki, qaldı xarici vətəndaşın məsələn ingilis vətəndaşıdır, bizim aviasiya gəmimiz vasitəsilə Azərbaycana səfər edir, gəmidə qadın uşaq doğursa, belə halda təbii ki, uşağın valideyninin mənşəyi məsələsi var. Qanunvercilikdə vətəndaşlıq şəxslə dövlət arasında qurulmuş hüquq və vəzifələrin mövcudluğunu təzahür etdirən əlaqə hesab olunur. Bu səbəbdən də vətəndaşlığın verilməsində qarışıq prinsip tətbiq olunur ki, bunlar da qan və torpaq adlanır. Məlum olduğu kimi qan prinsipi ailə əsasında yaranır. Torpaq prinsipi isə körpənin doğulduğu ərazi ilə bağlıdır ki, burda da əsas seçim valideynlərin özünə buraxılır” deyə hüquqşünas bildirib.

Hüquqşünas deyir ki, dünyanın bir çox ölkələrində torpaq amili əsas götürülür. Məsələn ABŞ, Kanada, Avstraliya, Argentina, Çili və s. kimi ölkələrdə xarici ölkə vətəndaşı doğularsa həmin şəxsə vətəndaşlıq verilir. 
“Bəzi dövlətlərin ərazisi çox böyük olduğundan əhalinin yerləşmə səviyyəsi seyrəkdir. Buna görə də torpaq prinsipinə daha çox istinad edirlər. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 20-ci əsrin 70-ci illərinə qədər Argentinada torpaq prinsipi əsasında əcnəbi vətəndaşların Argentinada doğulmuş uşaqlara valideynin razılığı olmadan belə torpaq prinsipi əsasında vətəndaşlıq verməsi sonradan müəyyən dövlətlərin narazılığına səbəb oldu və bu narazılıq götürüldü. Xatırladım ki, vətəndaşlıq məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 52 və 53-cü maddələri, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 1998-ci il tarixli qanun və bir çox beynəlxalq sənədlərlə nizamlanır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir