“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif

Maraqlı


“Meta Platforms” korporasiyası “Facebook” və “Instagram” platformalarının istifadəçilərinə reklamı söndürmək üçün pullu seçim təklif etməyi planlaşdırır.

Qiymət tətbiqin istifadə olunduğu cihazdan asılı olacaq. Hesablarına kompüterdən daxil olan istifadəçilər tərəfindən ayda təxminən 10,5 dollar (təxminən 18 manat) ödəniləcək. Smartfonlardan istifadə etməyə üstünlük verənlər üçün qiymət 14 dollar (təxminən 23 manat) civarında olacaq.

“Facebook” və “Instagram”dan pulsuz da istifadə etmək mümkün olacaq. Lakin bu halda hesab sahibi fərdiləşdirilmiş reklamı görəcək.

Yenilik bu xidmətlərin avropalı istifadəçilərinə təsir göstərə bilər.

Qeyd edək ki, Avropa İttifaqı korporasiyanı istifadəçilərin əvvəlcədən razılığı olmadan fərdiləşdirilmiş reklamları göstərmək imkanını məhdudlaşdırmaq istəyir. “Meta” yeni funksiya ilə bu qaydalardan yan keçməyə ümid edir.

Korporasiya yaxın aylarda avropalı istifadəçilər üçün ödənişli abunə tətbiq etmək planlarını rəsmən elan edə bilər.

Mənbə: The Wall Street Journal

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir