Günəşdə 200 min kilometr yüksəklikdə qeyri-adi partlayış: Nəhəng plazma kosmosa uçdu…- FOTO/VİDEO

Maraqlı


Günəşin cənub qütbündə nəhəng plazma şleyfi partlayıb.

Bu hadisənin qeyri-adiliyi ondadır ki, partlayış Günəş püskürmələrinin nadir hallarda baş verdiyi hissədə olub.

Bu partlayış Günəşin ən aktiv fazasına – günəş maksimumuna daxil olmaq üzrə olduğuna dair daha bir aydın işarədir.

Astrofotoqraf Eduardo Şaberqer Pupo partlayışın heyrətamiz görüntülərini bütün təfərrüatları ilə lentə almağa müvəffəq olub. O, Günəş səthindən qopmadan əvvəl şleyfin detallı şəkildə görüntüsünü çəkib.

“Plazma sütunu o qədər böyük idi ki, onu kadra sığdıra bilmək üçün kameranı çevirməli oldum. Bu, həqiqətən də heyrətamiz mənzərə idi”, – deyə o qeyd edib.

Nadir hadisə fevralın 17-də günəşin Cənub qütbünə yaxın günəş ləkəsində partlama zamanı baş verib. Bu zaman nəhəng ionlaşmış qaz və ya plazma sütunu ayrılıb ki, sütun Günəş səthindən təxminən 124 300 mil (200 000 kilometr) yuxarıya yüksəlib. Nəticədə plazma Günəşdən qoparaq nəhəng bulud şəklində kosmosa uçub.

Bu ulduz partlayışı son dərəcə qeyri-adi olub, çünki Günəşin cənub qütbündə püskürüb. Belə ki, əksər günəş püskürmələri Günəş ekvatorunda və ya onun ətrafında olan günəş ləkələrində baş verir və demək olar ki, heç vaxt maqnit qütblərinin yaxınlığında meydana gəlmir.

Bu qəbildən partlayışlar təxminən 11 illik Günəş dövrünün ən aktiv fazası olan günəş maksimumu zamanı daha çox yayılır. Mütəxəssislər hesab edirlər ki, günəş maksimumu yaxın bir neçə ay ərzində hansısa məqamda baş verəcək.

Mənbə: Livescience.com

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir