Ned Prays: “ABŞ Azərbaycan və Ermənistan arasında danışıqları təmin etmək üçün çalışmağa davam edəcək”

Müharibə

“Hər şey masanın üzərindədir. Biz də Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün ən faydalı hesab etdiyimizi həyata keçirəcəyik”.

Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Soçidə baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı sualı cavablandırarkən bildirib.

O, ABŞ-nin bu görüşdə iştirakçı olmadığını xatırladıb.

“Lakin Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən iki xarici işlər nazirini Nyu-Yorkda bir araya gətirərkən vurğulayıb ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik”, – deyə Departamentin sözçüsü əlavə edib.

Prays birbaşa dialoqun problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açar olduğunu deyərək, hər iki ölkənin sülh istədiyini bəyan etdiyini vurğulayıb.

“Beləliklə, biz Ermənistan və Azərbaycan arasında ikitərəfli şəkildə, tərəfdaşlarımız və çoxtərəfli təşkilatlar vasitəsilə müzakirələri asanlaşdırmaq, təmin etmək üçün növbəti aylarda fəaliyyətə davam edəcəyik”, – deyə Dövlət Departamentinin mətbuat katibi sözlərini yekunlaşdırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir