“ABŞ Azərbaycan və Ermənistanla münasibətləri ən yüksək səviyyədə saxlamaqda davam edir”.
Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında bəyan edib.
O, ABŞ dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş keçirdiyini xatırladıb.
“Son toqquşmalardan sonra bu, nazirlərin ilk görüşü idi”, – deyə o əlavə edib.
Ned Prays onu da bildirib ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də hər iki ölkənin rəsmiləri ilə gündəlik təmasdadır.
“Ona görə də biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticə vəd edə bilmərəm, amma söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq”, – Dövlət Departamentinin sözçüsü bildirib.
www.RIA24.az