Anar Eyvazov: “Ermənilər ərazi relyefindən və dərə boşluqlarından istifadə ediblər”

Müharibə

“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı bölmələrinin diversiya qrupları dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində ərazi relyefindən və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızıblar”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, erməni hərbçilər Azərbaycan bölmələrinin ətrafını və təminat yollarını minalamağa çalışıblar.

“Təbii ki, ordumuzun bölmələri tərəfindən tədbirlər həyata keçirilib və nəticədə qarşıdurma baş verib”, – deyə o əlavə edib.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir