Vətən müharibəsinin 21-ci günü: Füzuli şəhəri və yeddi kəndi işğaldan azad edilib – SİYAHI + VİDEO

Müharibə

Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsinin 21-ci günü.

İki il bundan öncə məhz bu gün müzəffər ordumuz Füzuli istiqamətində bir sıra uğurlar qazanıb.

Oxu.Az xatırladır ki, Azərbaycan Ordusu həmin gün Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərini düşmən tapdağından azad edib. 

Və nəhayət, həmin gün Füzuli şəhəri erməni işğalçılarından təmizlənib.

Düçmənlə mübarizədəki ən böyük uğurlardan biri olan Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına Prezident İlham Əliyev canlı yayımda çatdırıb.  

Prezident qələbə sevincini həm də “tweet” ataraq da xalqla bölüşmüşdü.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir