Aİ Ermənistana 40-a qədər müşahidəçi göndərir

Müharibə

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər.

Bu barədə Aİ Şurasının bəyanatında deyilir:

“Bu gün Şura vəziyyətin monitorinqi, təhlili və hesabatı üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər Aİ ekspertinin göndərilməsi barədə qərar qəbul edib”.

Aİ vurğulayır ki, regionda mülki missiyanın yaradılması ilə bağlı qərar oktyabrın 6-da Praqada Azərbaycan, Ermənistan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının rəhbəri arasında keçirilən görüşdən sonra verilib və məqsəd “bölgədə sülhün və təhlükəsizliyin bərpasına, iki dövlət arasında etimadın möhkəmləndirilməsinə və beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir”.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir