Rusiyalı ekspert: “Ermənistanın qədim tarixi yoxdur, Qarabağ isə Azərbaycandır” – MÜSAHİBƏ

Siyasət

11 ölkənin ATƏT-dəki daimi nümayəndələri II Dünya Müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bəyanat imzalayıblar. Mətndə nasist hərəkatının tərifinin yolverilməzliyi barədə məqam var. İmza atanlar arasında Ermənistan da var ki, amma bunun İrəvandakı Qaregin Njde abidələri və bu faşist kolloborsionistin adı verilən küçələrlə necə əlaqələndirmək olar?

Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perendjiev Caliber.Az-a verdiyi müsahibəsində bu tendensiyanın postsovet məkanının ölkələrinin bir çoxunda müşahidə olunduğuna təəssüfləndiyini bildirib:

– SSRİ-nin düşməni olan nasist cinayətkarlarının qəhrəmanlaşdırılması artıq Rusiyada da baş verir. Bütün postsovet məkanda faşizmə qarşı mübarizə aparmaq lazımdır, ancaq Ukrayna, Ermənistan, Baltikyanı ölkələrdə və hətta Rusiyada, dediyim kimi, bunun əksini görürük. Yeri gəlmişkən, az sayda istisnalardan biri də Azərbaycandır.

Bu təkcə siyasi yox, həm də mədəniyyətlə bağlı problemdir və bunu təkcə hərbi politoloq kimi demirəm. Mən Rusiya Mədəniyyət İşçiləri Yaradıcılıq Birliyinin üzvüyəm və sarsılmaz görünən dəyərlərimizə, o cümlədən faşizm üzərində qələbəyə münasibətimizin necə dəyişdiyini görürəm.

– Bəyəm Rusiyada faşist kolloborsionistlərə abidələr qoyulur?

– Düzdür, Rusiyada buna icazə verilmir. Ancaq yenə də kələkötürlüklər var. Məsələn, Sankt-Peterburqda Rusiya və Finlandiya hərbi və dövlət xadimi Karl Mannerheymə bir xatirə lövhəsi qoyulub (o, Rusiya İmperiyasının ordusunda xidmət edib, sonra isə Finlandiya ordusunun ali komandanı olaraq Sovet İttifaqı ilə vuruşub – red.). Sonradan qaldırılsa da, hər halda belə bir şey olub.

Ermənistana və bir sıra digər postsovet respublikalarına gəldikdə isə, nə deyirlər, desinlər, problem bu dövlətlərin qədim tarixə malik olmamasından irəli gəlir. Onlar qəhrəmanlar axtarırlar və onları Sovet İttifaqı ilə döyüşənlər arasında tapırlar. Ancaq bu ideoloji bir dalandır.

– Gəlin Ermənistandan yox, Azərbaycanın Qarabağ ərazisindən danışaq, hardakı erməni əhali Qaregin Njdeyə abidə ucaldıb və onun sökülməsinə qarşı çıxmasından danışaq…

– Bu, çox xoşagəlməz bir vəziyyətdir, çünki abidə Azərbaycan torpağında qoyulub. Problem əslində daha genişdir və düşünürəm ki, mədəniyyət sahəsində hansı abidənin götürüləcəyi və hansının qalacağını müəyyənləşdirən yeni üçtərəfli müqavilə imzalamaq lazımdır. Və Azərbaycana nəyin qaytarılmalı olduğu da müəyyənləşdirilməidir, çünki Azərbaycanın qərb hissəsindən hətta xalçalar da daxil olmaqla bir çox tarixi və mədəni dəyərlər Ermənistana ixrac olunurdu.

Ancaq Qaregin Njdenin abidəsi, şübhəsiz ki, “mədəni dəyər” ifadəsinə uyğun gəlmir. Ümumiyyətlə, o yalnız Qarabağda deyil, Ermənistanın özündə də sökülməlidir.

Qarabağdakı Njde abidəsinin sökülməsinə qarşı çıxan erməni millətçilərinin verdiyi açıqlamalara, “bura sizin üçün Armavir deyil” deyərək, dəqiq və sadə cavab verilməlidir: “Bura sizin üçün Ermənistan deyil!”. Bura Azərbaycanın ərazisidir, burada Azərbaycan qanunlarına riayət etmək lazımdır və rəsmi Bakı Hitlerin kolloborsionistlərinə abidələrin qoyulmasının əleyhinədir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir