Respondentlərin 49,6%-i Azərbaycan və Türkiyənin regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayacağını düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğu sənədində bildirilir.
Qeyd olunur ki, respondentlərin 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyini, 32,4%-i regional əməkdaşlığın və inteqrasiyanın sürətlənəcəyini, 41,7%-i Türkiyənin regionda hərbi iştirakının artacağını, 38,7%-i isə Rusiya, Türkiyə və Azərbaycan müttəfiqliyinin güclənəcəyini düşünür.