Ceyhun Bayramov: “Azərbaycan və Serbiya arasında olan münasibətlər strateji tərəfdaşlıqdır” – FOTOREPORTAJ

Siyasət

“Azərbaycan və Serbiya arasında olan münasibətlər dostluq və strateji tərəfdaşlıqdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviç birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında yüksək siyasi dialoq mövcuddur:

“Münasibətlərin inkişafında ölkə liderlərinin şəxsi münasibətləri çox vacib əhəmiyyət kəsb edir”.

O bildirib ki, münasibətlərimizin təməlində beynəlxalq hüququn fundamental prinsiplər dayanıb:

“Azərbaycan və Serbiya hər zaman qarşılıqlı münasibətlərdə beynəlxalq sərhədlərin toxunulmazlıq prinsipinə hörmət və dəstək ifadə edirlər. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq imkanları və regional təhlükəsizlik barədə fikir mübadiləsi də aparmışıq”.

İlhamə Əbülfət

FOTO: Firudin Səlimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir