“Türkiyə, Azərbaycan və Pakistan arasındakı köklü əlaqələr dostluq və qardaşlıq münasibətləri ilə səciyyələnir”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan parlamentində keçirilən üçtərəfli görüşdə deyib.
O bildirib ki, perspektivdə üçtərəfli əməkdaşlıq daha da dərinləşəcək və parlament bu işə böyük töhfələr verəcək.
M.Şəntop qeyd edib ki, beynəlxalq münasibətlərdə əlaqələr yalnız sülh və təhlükəsizlik şəraitində inkişaf edə bilər.
“Buna görə də, Azərbaycan, Türkiyə və Pakistan olaraq yaxın coğrafiyamızı maraqlandıran və xroniki hal alan bəzi məsələlərin həlli üçün üzərimizə çox böyük məsuliyyət düşdüyünü anlayırıq”, – deyə M.Şəntop əlavə edib.
Aqşin Kərimov