Ceyhun Bayramov ermənistanlı həmkarı ilə bu tarixdə GÖRÜŞƏ BİLƏR

Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilər. 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə açıqlama verib.
Məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa), Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün vaxtı pandemiyanın dinamikasından asılı olacaq.
“3+2 formatında görüş payızın əvvəllərində baş tuta bilər. Bu iki ölkə arasında münasibətlərdən və pandemiyanın dinamikasından asılı olacaq”.
Mənbə hazırda əsas vəzifənin Tovuz döyüşlərindən sonra yaranmış gərgin situasiyanın yumşaldılması olduğunu söyləyib. Görüş baş tutsa, bu Ceyhun Bayramovun yeni xarici işlər naziri kimi ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla ilk görüşü olacaq. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir