“Azərbaycana 100 təcili tibbi yardım maşınının gətirilməsi nəzərdə tutulur. Onlardan 40-ı artıq Bakıdadır”.
Oxu.Az-ın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, təcili tibbi yardım maşınları bütün bölgələrə göndəriləcək:
“Xəstə vətəndaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün bu maşınların çox böyük əhəmiyyəti var”, – deyə Prezident İlham Əliyev əlavə edib.