Ermənı lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi..

Gündəm Siyasət

O, qondarma “parlament”in  bu Azərbaycan şəhərinə köçürülməsi barədə verdiyi təklifin 2022-ci ilədək icra ediləcəyini bildirib…

Müstəqil(!) Azərbaycan Respublikasının 30 ilə yaxındır  işğal altında qalan 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq rəhbəri Araik Arutyunyan “prezident” iqamətgahının Şuşaya köçürülə biləcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Dünən – avqustun 11-də qondarma rejimin qanunsuz “qanunverici orqanı”nın qanunsuz “hökumət” nümayəndələrinin iştirakı ilə  keçirilmiş növbədənkənar iclasında çıxış edən A. Arutyunyan mayın 9-dakı  andiçmə mərasimi zamanı qondarma “parlament”in  Şuşa şəhərinə köçürülməsi barədə verdiyi təklifin 2022-ci ilə qədər nəzərdən keçiriləcəyi və icra ediləcəyini bildirib. Separatçı başçı qanunsuz “prezident” iqamətgahının da Xankəndindən Şuşaya köçürülə biləcəyini vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir