Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bununla bağlı “Twitter”də paylaşım edib.
“Qubadlısız 27 il. Rayon 1993-cü ilin avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılıb. Qubadlı da daxil olmaqla, Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək, yerli azərbaycanlılar isə öz evlərinə qayıdacaqlar”, – deyə XİN rəhbəri bildirib.
27 years without #Gubadly. The
district occupied on 31 August 1993 by armed forces of #Armenia & Azerbaijani population were ethnically cleansed.
All occupied territories of #Azerbaijan, including Gubadly will be liberated & local Azerbaijanis will return to their homes! pic.twitter.com/2uHXa8m8J0— Jeyhun Bayramov (@bayramov_jeyhun) August 31, 2020