Nərimanov RİH-dən Qurban Məmmədova rayon ərazisində evlər verilməsi iddiaları ilə bağlı AÇIQLAMA

Siyasət

“Bəzi KİV-də bir müddətdir gedən məlumatlarda xaricdə yaşayan və Azərbaycan Respublikasının əleyhinə cılız fəaliyyət göstərən Qurban Məmmədova guya Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində Nərimanov rayon İcra Hakimiyətinin başçısı Abdin Fərzəliyevin də rolunun olması iddiası ilə bağlı bildiririk ki, bu xəbər yalan, qərəzli və hansısa tərəfin qarayaxmasıdır”.

Bu barədə Ria24.az-a Nərimanov Rayon İcra Hakimiyyətindən açıqlama verilib.

Bildirilib ki, qeyd edilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparıb:

“Həsənoğlu küçəsi, 12 ünvanında “Gilan Holdinq” tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda ikimərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev küçəsi, 19/67 ünvanında artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilib.

Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər.

Bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri rəsmi iştirakı olmamışdır. O cümlədən, bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur.

KİV nümayəndələrindən bundan sonra da qeyri-dəqiq məlumatlar verərkən informasiyanın Nərimanov RİH ilə də dəqiqləşdirməyi məsləhət bilir, jurnalist adına yaraşacaq dərəcədə məsuliyyətli olmağı xahiş edirik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir