Prezident: “Azərbaycan-İran ikitərəfli münasitələri sürətlə inkişaf edir”

Siyasət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

AZƏRTAC Prezident İlham Əliyevin görüşdəki çıxışında Azərbaycan-İran ikitərəfli münasibətləri ilə bağlı fikirlərini təqdim edir.

“İkitərəfli münasitələrimizə gəldikdə bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıbdır. Prezident cənab Ruhani ilə iyulun sonunda mənim telefon danışığım olubdur. Bir çox önəmli məsələlər müzakirə olundu və razılığa gəldik ki, bizim müvafiq hökumət üzvləri bu pandemiya dövründə videokonfranslar formatında görüşlər keçirsinlər və artıq bir çox görüşlər keçirildi. Bunun çox böyük önəmi var. Çünki biz istəmirik ki, vaxt itirək. Çünki pandemiya təbii ki, işimizə müdaxilə etmişdir”.

“Əminəm ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir”.

“Bütün başqa sahələrdə – sərmayə qoyuluşu, elektroenergetika sahələrində və digər sahələrdə yaxşı nəticələr var. O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir və yeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir