PKK-nın xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilib?

Siyasət

Ermənistan hökumətinin beynəlxalq hüquqa əsasən Azərbaycanın bir parçası olan və 30 ilə yaxındır Ermənistanın işğalında olan Dağlıq Qarabağ bölgəsinin demoqrafik strukturuna müdaxiləsi davam edir.

Bu barədə Türkiyənin cümhuriyyet.com saytında Sena Yaşarın müəllifi olduğu məqalədə bəhs olunub.

Paşinyan hökuməti Livanın paytaxtı Beyrutdakı limanda baş vermiş partlayışdan sonra yüzdən artıq ermənini Dağlıq Qarabağa və Ermənistanın işğalındakı digər Azərbaycan torpaqlarına yerləşdirib. Baş nazir Nikol Paşinyan gələnləri hava limanında qarşılayaraq, onlara tezliklə vətəndaşlıq veriləcəyini açıqlayıb.

Dağlıq Qarabağda eyni həmlə 2009-cu ildə Suriya savaşı dövründə də edilmiş, Suriya erməniləri vasitəsilə köç dalğası davam etdirilmişdi.

Paşinyanın demoqrafik strukturla yanaşı, Dağlıq Qarabağdakı hərbi struktura da qeyri-rəsmi müdaxilələr etdiyi iddia olunur.

Bölgədəki təhlükəsizlik mənbələrinin məlumatına görə, PKK terror qruplaşması xüsusi təyinatlı qüvvələrini Dağlıq Qarabağa göndərərək ermənilərə təlim keçib. PKK-nın burada yeni hücum dalğası yaratmağı hədəflədiyi vurğulanır.

Həmçinin Suriya ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi prosesində 250-yə qədər erməni əsgərinin də Suriyada PYD-YPG terror qruplaşması cərgələrinə qoşulduğu qeyd olunur.

Erməni əsgərlərlə PKK arasındakı əməkdaşlığa Fransanın moderatorluq etdiyi, erməni əsgərlərinin Fransanın koordinasiyası ilə PKK terror qruplaşması ilə görüşlər keçirdiyi bildirilir.

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani verdiyi açıqlamada Livan ermənilərinin Qarabağa köçürülməsinin “məsələnin görünən tərəfi” olduğunu qeyd etmişdi. O vurğulamışdı ki, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusu Dağlıq Qarabağa yerləşdirilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir