Azərbaycan beynəlxalq tanınan sərhədlər daxilində Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
Xarici siyasət qurumu yeni milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın Ukraynanın strateji tərəfdaşlarından biri kimi müəyyən olunmasını yüksək dəyərləndirdiklərini vurğulayıb.
“Biz Ukrayna ilə strateji tərəfdaşlığımızı və dostluğumuzu daha da dərinləşdirəcəyik”, – deyə tvitdə qeyd edilib.
#Azerbaijan firmly supports sovereignty & territorial integrity of #Ukraine within its intrl recognized borders.
We appreciate that?? is identified as one of strategic partners of ?? in new national security concept. We’ll further deepen our strategic partnership&friendship w/?? pic.twitter.com/DYL0JBviRD— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) September 17, 2020