Azərbaycan Prezidenti İlham Əliyev “Facebook”dakı səhifəsində Neftçilər Günü münasibətilə növbəti paylaşım edib.
Paylaşımda deyilir:
“İnsan amili, insanların sağlamlığı, təhlükəsizliyi Azərbaycan dövləti üçün ən ali dəyərdir. Neft məqsəd deyil, daha yaxşı həyat, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”.