Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda sülh danışıqlarına qayıtmağa çağırır.
Bu barədə Ukrayna XİN-in “Twitter” hesabında qeyd edilir.
“Ukrayna XİN Ermənistanla Azərbaycan arasındakı münaqişənin kəskinləşməsindən çox narahatdır.
Gərginləşməyə səbəb olan vəziyyəti diqqətlə öyrənirik. Tərəfləri məsələnin sülh yolu ilə həlli üçün dialoqa qayıtmağa çağırırıq”.