“Hər bir xalqın tarixində belə hallar olur. Bu, Azərbaycan tarixində böyük bir vətən müharibəsidir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
“Belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”, – deyə o qeyd edib.
H.Hacıyev əlavə edib ki, Azərbaycanda hərbi vəziyyət elan olunub:
“Bu gün də ölkədə qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb”.
İlhamə Əbülfət