Rəsmi Ankara Ermənistana xəbərdarlıq etdi: “Hücumları dərhal dayandırın!”

Siyasət

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı açıqlamalar verib.

“Sabah” xəbər verir ki, o, Ermənistana dərhal hücumları dayandırmaları barədə xəbərdarlıq edib.

“Azərbaycanlı qardaşlarımızın öz torpaqlarını müdafiə etməsini dəstəkləyirik. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri, terroristləri geri göndərməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Beləcə atəşkəs, sülh və sabitlik təmin edilməlidir”, – deyə o vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir