Ədliyyə işçiləri və hakimlər vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Cəbhədə qələbələrimizdən ruhlanan ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqları fondundan 1 milyon 600 min manatın Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər.