Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub

Siyasət

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir