Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutdu – VİDEO

Siyasət

Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutmağa başlayıb.

Ria24.az-nın xəbərinə görə, işğalçı ordunun hərbçiləri rayonun Xan Ərəb kəndinə beş ədəd top mərmisi atıb.

Mərmilərdən dördü əkin sahələrinə, biri isə kənd sakini İsmayılov Adışirin Xasay oğlunun həyətinə düşüb.

Nəticədə, iki baş iribuynuzlu heyvan tələf olub, biri isə qəlpə yarası alıb.

Mərmi düşən vaxtı evdə səkkiz nəfər olub, xəsarət alan olmayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir