Əli Hüseynli: “İşğaldakı rayonlarımız azad olunandan sonra oradakı dəmir yolu xətləri yenidən qurulacaq”

Siyasət

Azərbaycanda dəmir yolunun yaranması ili kimi 1888-ci il qeyd olunur. Sonrakı dövrlərdə Azərbaycanda dəmir yolu nəqliyyatı inkişaf edib.

Ria24.az-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.

O bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın bütün ərazisində dəmir yolunun inkişafına xüsusi önəm verib:

“Təəssüflər olsun ki, Azərbaycan ərazisi müstəqilliyimizin ilk illərində işğal olunarkən Naxçıvan ərazisinə gedən dəmir yolu xətti ziyan görüb. Heç şübhəsiz ki, ordumuz tərəfindən həyata keçirilən əməliyyatlarla işğalda olan rayonlarımız da azad olunacaq və burada olan dəmir yolu xətləri yenidən qurulacaq. Azərbaycanın dəmir yolları ilə bağlı medalın təsis edilməsi bu sahədə çalışanlara stimul olacaq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir