“Deputatların səsvermə gedəndə zalda olmamasını xüsusi nəzarətə götürəcəyəm”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, bu, İntizam Komissiyasının mövzusu da ola bilər:
“Eldar müəllim, bunu nəzərə alın. İclas gedir, deputatlar səs verməlidir, ancaq onlar zalda yoxdurlar. Mən bunu xüsusi nəzarətə götürəcəyəm”.