Oktyabrın 4-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və Füzulini Horadiz qəsəbəsini, eləcə də Gəncə və Mingəçevir şəhərlərində mülki əhalinin yaşadığı obyektlərə yönəlmiş raket hücumları təşkil edib.
Bu barədə Rusiya Azərbaycanlılarının Federal Milli-mədəni Muxtariyyətinin Federal Şurasının bəyanatında bildirilir.
“Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Departamentindən bildirilib ki, Ermənistan ordusu tərəfindən həyata keçirilən davamlı atəş nəticəsində iki məktəbli olmaqla 22 mülki şəxs həlak olub, 74 nəfər yaralanıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos” Ermənistanın bu barbar hücumlarından dərin sarsıldığını açıqlayıb.
Ermənistanın mülki şəxslərə atəş açmaqda məqsədi Azərbaycanı Ermənistandakı hədəflərə cavab verməyə məcbur edərək Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək məqsədi daşıyır.
Rusiyadakı azərbaycanlıların federal milli-mədəni muxtariyyəti əmindir ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı üçüncü qüvvələrin hər hansı təxribat xarakterli hərəkətləri ilə sarsıla bilməz.
Rusiyanın Azərbaycan icması Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində ən vacib halqalardan birini təşkil edir.
Öz hemyerlilərimizə müraciət edərək, təmkinli və dözümlü olmağa, hər hansı təxribatlara uymamağa çağırırıq”, – deyə müraciətdə bildirilir.