Rusiya Prezidenti Vladimir Putinin hələ azərbaycanlı və türk həmkarları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla danışıqlar planlaşdırmayıb.
“İnterfax” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.
“Zəruri hesab edilsə, şübhəsiz ki, Prezident Putin bu mövzunu həmkarları ilə müzakirə edəcək”, – deyə o qeyd edib.
Danışıqların yaxın zamanlarda baş tutub-tutmayacağı barədə sualı cavablandıran Peskov bu barədə dəqiq fikir bildirməyib:
“Hələ ki, hansısa dəqiq plan yoxdur, amma bilirsiniz ki, söhbət müharibədən gedir və əlbəttə ki, Qarabağdakı müharibədə vəziyyət sürətlə inkişaf edir, ona görə də bu barədə nəsə demək çətindir. Dialoqa ehtiyac vəziyyətin inkişafına uyğun olaraq formalaşacaq”.