İlham Əliyev Ermənistanın son təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayını açıqladı – VİDEO

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi müsahibəsində Dağlıq Qarabağdakı son gərginlik zamanı Azərbaycanın 43 dinc vətəndaşının öldürüldüyünü, 200-dən çoxunun yaralandığını və iki minə yaxın evin dağıldığını söyləyib.

“Bu günə qədər mülki əhali arasında 43 ölü, 200-dən çox yaralı var, təmas xətti yaxınlığındakı kənd və şəhərlərdə iki minə yaxın ev ya tamamilə dağılıb, ya da zərər görüb”, – deyə ölkə başçısı bildirib.

“Təəssüf ki, Ermənistan tərəfindən artilleriya atəşləri, həmçinin 10 dinc sakinin öldüyü, 40-a yaxın yaralının olduğu Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi hətta atəşkəsin parametrlərinin razılaşdırılmasından sonra da davam edir”, – deyə prezident əlavə edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir