İran XİN başçısı: “ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun”

Dünya Siyasət

“İran ABŞ-ın Suriyaya göstərdiyi iqtisadi təzyiqdən narahatdır”.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.
“Biz Suriyadakı siyasi və iqtisadi vəziyyətin inkişafından və ABŞ-ın Suriyaya iqtisadi təzyiq göstərməsindən narahatıq. Bu təzyiq sadə insanlara təsir edir. ABŞ əlindən gələni edir ki, bizim regionda və Suriyada sabitliyi pozsun. Lakin onlar öz məqsədlərinə çatmayacaq”, – deyə İran XİN başçısı vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.