Aleksandr Tixanski: “KTMT müdaxilə etməyəcək. İrəvan səhv ünvana müraciət edib”

Siyasət

İlk dəfə deyil ki, Ermənistan KİV və siyasətçiləri Zəngəzurdakı Azərbaycan-Ermənistan sərhədindəki “gərginləşmə” barədə yazırlar, baxmayaraq ki, söhbət sərhəddəki delimitasiyasından gedir. İş o yerə çatıb ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyinə görə, Rusiya Prezidenti Vladimir Putinə ikitərəfli razılaşma çərçivəsində yardım göstərilməsi xahişi ilə məktub göndərib. Bundan əlavə, onun sözlərinə görə, Fransa hərbi yardım göstərməyə hazırdır.

Xatırladaq ki, iki həftə əvvəl Milli Demokrat Qütbünün təmsil etdiyi erməni radikal müxalifəti Ermənistanın cənubunda fransalı hərbçilərin yerləşdirilməsi xahişi ilə Makrona üz tutub. Erməni KİV-nin verdiyi məlumata görə, daha sonra, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsinin komandanı general Aleksandr Dvornikov Ermənistana gedib və Zəngəzurdakı vəziyyəti Ermənistan Müdafiə Naziri Vaqarşak Arutyunyanla müzakirə edib.

Ancaq ən başlıcası isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətidir, hansı ki, üç gün ərzində öz qiymətini verməlidir.

Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanovski Caliber.Az-a müsahibəsində KTMT-nin müdaxiləsi üçün sadəcə bir səbəb olmadığını qeyd edib:

– KTMT-nin hansısa kompetensiyasını görmürəm. Ötən il Qarabağdakı münaqişə zamanı orada yox idi, Azərbaycan KTMT üzvü olan Ermənistanla vuruşmadı. Ümumiyyətlə, Ermənistanın KTMT-yə üzv olması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Təşkilatın baş katibi Yuri Xaçaturovun Ermənistan tərəfindən təşkilatın nüfuzuna ciddi ziyan vurmasına görə həbs olunduğunu xatırlada bilərik.

KTMT ölkələrinin mövqeləri məsələsi də var. İki il əvvəl Ermənistanın keçən əsrin 90-cı illərində işğal etdiyi (Azərbaycan – red.) ərazilərlə bağlı fəal danışıqlar aparıldı. İrəvan inadkarlıq etdi və cavabını aldı. Bu günə qədər KTMT-nin mövqeyi dəyişməyib. Heç kim müdaxilə etməyəcək. Rusiya əlindən gələni etdi: silahlı qarşıdurmaya son qoydu, sülhməramlı kontingenti gətirdi.

– İrəvan Bakını Ermənistanın dövlət sərhədlərini pozmaqda günahlandırır, baxmayaraq ki, söhbət bu sərhədləri mövcud xəritələrə görə müəyyənləşdirmək işindən gedir…

– Sərhəd ziddiyyətləri xüsusən də delimitasiya olmadıqda, həmişə baş verir. Bəs KTMT-nin bununla nə əlaqəsi var? Bu, Azərbaycan və Ermənistanın işidir, sərhədi delimitasiya etmək lazımdır.

Açıq hərbi təhlükə yoxdursa KTMT-ni işə qarışdırmaq nəyə lazımdır? Təcavüz və hücum haradadır? Deməli, Ermənistan KTMT-yə müraciətlə düzgün ünvan seçməyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir