Mixail Qusman Mehriban Əliyevaya məktub yazdı

Dünya Siyasət

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

AZƏRTAC-da dərc olunan təbrik mətnində deyilir:

“Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin səmərəli fəaliyyətiniz, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər həyat sahələrinin inkişafına qiymətli töhfəniz Azərbaycan Respublikasının firavanlığını ilbəil artırır. Sizin enerjiniz və məqsədyönlülüyünüz sayəsində Azərbaycan xalqının mədəni irsi bütün dünyaya məlumdur, Azərbaycan ilə Rusiya arasında dostluq və qarşılıqlı anlaşma isə möhkəm və etibarlıdır.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən tükənməz enerji, nikbinlik, uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, bütün arzularınız həyata keçsin, bütün təşəbbüsləriniz uğurlu olsun. Azərbaycan xalqına sülh və xoş günlər diləyirəm!”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir