WUF13 təcrübə mübadiləsi aparmaq və bəşəriyyətin şəhər gələcəyini birlikdə qurmaq üçün strateji məkandır – Mexiko meri

Baş səhifə

Bakı. Trend:

WUF13 təcrübə mübadiləsi aparmaq və bəşəriyyətin şəhər
gələcəyini birlikdə qurmaq üçün strateji məkandır.

Trend xəbər
verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində
assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı
bildirib.

“Mesajımız odur ki, biz hərəkat yaradaq, bu hərəkatla yerli
perspektivlərdən çıxış edək, böyük şəhərlər üçün praqmatik
təcililik tələb edən məsələləri həll edək, eləcə də qlobal
iqtisadiyyata təsir mexanizmini araşdıraq, layihələndirək. Bu gün
dünyada sosial bərabərsizlik məsələsi ən aktual problemlərdən
biridir. Bizim bu mövzuda mütləq və inqilabi dəyişikliyə
ehtiyacımız var”.




O vurğulayıb ki, iqlim böhranını mənzil problemindən və
beynəlxalq iqtisadiyyatın artan maliyyələşdirilməsindən ayırmaq
olmaz:

“Biz ərazi məsələlərini sosial bərabərsizlikdən ayıra bilmərik.
Çünki məhz bu uçurum səviyyəsindəki bərabərsizliklər yoxsulluq və
təcrid yaradır.

Mer Azərbaycan hökumətinə yüksək səviyyəli təşkilatçılıq üçün
təşəkkürünü də ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir