Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün
yunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam
üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer
Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən
güləşçimiz yarışdan çəkilib.




Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə
(6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3)
qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla
Aliyevə şans tanımayıb – 5:0. Üçüncü dəfə dünya çempionatının
finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim
Qanemlə üz-üzə gələcək.

Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1),
1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan
(5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4
qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb.
Titullu rəqibinə “tuş”la qalib gələn Murad yarımfinala yüksəlib.
Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1)
məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir