
Bakı. Trend:
“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə
hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev
Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, “Boeing 737”
tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına
uğurla eniş edib.
Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə
səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya
təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata
keçirilib.

