
Bakı. Trend:
Aprelin 14-də doğma yurda yola salınan növbəti köç karvanları
Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və
Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.
Trend xəbər
verir ki, ailələrə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət
4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailə, Aşağı Oratağ
kəndinə 56 nəfərdən ibarət 9 ailə, Heyvalı kəndinə 13 nəfərdən
ibarət 3 ailə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailə və Xocalı
rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailə
köçürülüb.
xxx
13:13
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə və Xocalı
rayonlarına növbəti köç karvanları yola salınıb
Trend
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə
istinadən xəbər verir ki, Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı
Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç
edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə 18 nəfər, Çıldıran
kəndinə 2 ailə, 5 nəfər, Aşağı Oratağ kəndinə 9 ailə, 56 nəfər,
Heyvalı kəndinə 3 ailə, 13 nəfər, Çapar kəndinə 2 ailə, 6 nəfər,
Xocalının Daşbulaq kəndinə isə 1 ailə, 4 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

