
Bakı. Trend:
Milli Məclisdə dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri və
sosial hüquqlarla bağlı konfrans keçiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları
komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil
edilib.
Belə ki, yaz sessiyasında komitədə Azərbaycan Respublikasında
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə
əlaqədar Azərbaycanda dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri
və sosial hüquqlarla bağlı konfransın keçirilməsi
planlaşdırılır.
Həmçinin, “Yeni dünya düzəni və mövcud qlobal geosiyasi
proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar”
mövzusunda və rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya,
“deepfake” və manipulyasiya texnologiyalarına qarşı hüquqi və
institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalın
hazırlanması İş Planına daxil edilib.

